"Azərbaycan Sənaye Korporasiyası" ASC ötən ilin maliyyə hesabatlarını açıqlayıb.
FED.az xəbər verir ki, şirkətin gəlirləri ötən il 434,2 milyon manat olub. Gəlirlər son bir ildə 5 milyon manat və ya 1,2% artıb.
Bundan başqa satışın maya dəyəri 340,3 milyon manat, ümumi və inzibati xərcləri 20,7 milyon manat , satış və paylanma xərcləri 13,6 milyon manat, köhnəlmiş mal-material ehtiyyatları üzrə təminat xərcləri 1 milyon 704 min manat debitor borcları və digər alınacaq vəsaitlər üzrə ehtimal olunan kredit zərəri 4,2 milyon manat , maliyyə xərcləri 1,1 milyon manat, digər gəlirləri 2 milyon 448 milyon manat, mənfəət vergisi ödəmələri isə 8,7 milyon manat təşkil edib.
Əvvəlki illə müqayisə də satışın maya dəyəri 9,4 milyon manat və ya 2,8 % , ümumi və inzibati xərcləri 3,7 milyon manat 22,2 % artıb, satış və paylanma xərcləri 3,4 milyon manat və ya 20 % azalıb, köhnəlmiş mal-material ehtiyyatları üzrə təminat xərcləri 12,8 dəfə , debitor borcları və digər alınacaq vəsaitlər üzrə ehtimal olunan kredit zərəri 31,1 % artıb, maliyyə xərcləri 1,102 milyon manat 2,1 dəfə mənfəət vergisi ödəmələri isə 37,1 % azalıb.
Şirkətin ötən ili ümumilikdə 46 milyon 202 min manatla xalis mənfəətlə başa vurub. Gəlirlər illik müqayisədə 2,1 milyon 4,8% artıb.
Bu il yanvarın 1-nə Azərbaycan Sənaye Koroprasiyasının aktivləri 1 milyard 501 milyon manat olub ki, bu da illik müqayisədə 6,1 milyon manat və ya 0,4 % azdır.
Hesabat dövründə korporasiyanın öhdəlikləri 21 % başqa sözlə 18,8 milyon manat azalaraq 70,7 milyon manata düşüb, Balans kapitalı 1 milyard 430,3milyon manata olub ki, illik müqayisədə 12,7 milyon manat və ya 0,9 % artım baş verib.
Bölüşdürülməmiş mənfəətin həcmi 74 milyon manat təşkil edib. Bu da son bir ildə 46,3 milyon manat yəni 2,6 dəfə artıb.