"Azerlotereya" ASC-nin ötən il üzrə maliyyə hesabatı açıqlanıb.
FED.az xəbər verir ki, şirkət ötən ili 35 milyon 787 min manat xalis mənfəətlə başa vurub.
Hesabat ilin cəmi mənfəətində 395,6 min manat mənfəət vergisi ödəyib.
Ötən ilin sonuna lotereya şirkətinin gəlirləri 260 milyon 959 min manat olub ki, bu illik müqayisədə 2 milyon 795 min manat (1,1%) artm deməkdir.
Şirkətin satıcı, distributor və çap xərcləri 84 milyon 285 min manat, sadələşdirilmiş vergi xərcləri 62 milyon 779 min manat, inzibati xərcləri 21 milyon 293 min manat, reklam və marketinq xərcləri 13 milyon 730 min manat, İT və sistem dəstəyi xərcləri 12 milyon 743 min manat, digər əməliyyat xərcləri, 30 milyon 625 min manat, maliyyə xərcləri 277,2 min manat təşkil edib.
İllik müqayisə ilə sadələşdirilmiş vergi xərcləri 8 milyon 428 min manat (15,5%), inzibati xərcləri 6 milyon 535 min manat (44,3%), reklam və marketinq xərcləri 1 milyon 170 min manat (9,3%), İT və sistem dəstəyi xərcləri 3 milyon 259 min manat (34,4%), digər əməliyyat xərcləri, 7 milyon 20 min manat (29,7%) artıb.
Şirkət ötən il 35 milyon 505 min manat əməliyyat mənfəəti, 954,8 min manat maliyyə gəliri, maliyyə xərclərindən sonra 677,6 min manat xalis maliyyə gəliri əldə edib.
"Azerlotereya" ASC ötən il 96 milyon 708 min manat cəmi aktivlərə malik olub. Aktivlər son bir il ərzində 9 milyon 23 min manat (10,3%) artıb.
Şirkətin öhdəlikləri 67 milyon 416 min manata bərabər olub, balans kapitalı 13 milyon 982 min manat, başqa sözlə 88,23% artaraq 29 milyon 281 min manata çatıb.