“Cəlilabad Broyler” ASC-nin 2023-cü il dekabrın 31-nə maliyyə vəziyyəti haqqında hesabatını açıqlayıb.
FED.az xəbər verir ki, şirkət ötən ili 171,5 min manat zərərlə yekunlaşdırıb. Lakin 2022-ci ili 60,1 min manat mənfəətlə bitirmişdi. Bunun da əsas səbəbi xərclərinin gəlirlərini üstələməsi ilə əlaqədardır.
Broyler şirkəti 2023-cü ildə 116 min manat gəlir edib, xərcləri isə 287,5 min manat olub.
İllik müqayisədə gəlirlər 26 min manat (28,9%), xərclər isə 272,7 min manat (19,4 dəfə) artıb.
Broyler şirkətində əmək haqqı xərcləri isə 16,8 min manata yaxın (7,8 dəfə) azalaraq 2,45 min manata düşüb.
Bundan əlavə şirkətin 2022-ci ildə olmayan bəzi xərcləri 2023-cü ildə verilməyə başlayıb. Onlara 12,9 min manatlıq icarə haqqı, 240,7 min manat amortizasiya, 5,6 min manatlıq torpaq, 24,8 min manatlıq əmlak vergisi kimi xərclər daxildir.
“Cəlilabad Broyler” ASC ötən il 4 milyon 821 min manat aktivlərə malik olub. Aktivlər son bir ildə 538 min manat və ya 10% azalıb.
Şirkətin öhdəlikləri 2 milyon 991 min manat (36,3 dəfə) azalaraq 84,8 min manata düşüb.
Balans kapitalı 4 milyon 736 min manat təşkil edib ki, bu da illik müqayisədə 2 milyon 453 min manat (2,1 dəfə) artım deməkdir.