“Azərbaycan Sənaye Korporasiyası” ASC-yə məxsus "Azəripək” MMC 2022-ci ilin maliyyə hesabatını açıqlayıb.
FED.az şirkətin hesabatına istinadən xəbər verir ki,Cəmiyyətin gəlirləri ötən il 4 milyon 43 min manat təşkil edib.
Gəlirlər son bir ildə 3 milyon 671 min manat və ya 47,6% azalıb.
Satışın maya dəyəri isə 3,5 milyon manat təşkil edib ki, bu da illik müqayisədə 2,1 dəfə azdır.
Bununla da "Azəripək" MMC-nin ümumi mənfəəti cəmi 580 min manat təşkil edib. Ümumi mənfəət son bir ildə 121 min manat, yəni 26,4% çoxdur.
Ümumi inzibati xərclər 128 minmanat və ya 19,2% artaraq 795 min manata yüksəlib.
Digər gəlirləri isə 0,4 min manat azalaraq 12,7 min manata düşüb.
Ümumilikdə "Azəripək" MMC 2022-ci ili 202,6 min manat xalis zərərlə başa vurub. Bu da illik müqayisədə 9 min manat (4,4%) artıqdır.
Bu il yanvarın 1-nə “Azəripək”in aktivləri 11,4 milyon manat olub ki, bu da illik müqayisə ilə 363 min manat, başqa sözlə 3,3 % çoxdur.
Hesabat dövründə şirkətin öhdəlikləri 612 min manat olub ki, bu 2021-ci illə müqayisədə 305 min manat və ya 99,3 % çoxdur.
Cəmiyyətin balans kapitalı isə 62 min manat (0,6 %) artaraq 10,8 milyon manata yüksəlib.
Nizamnamə kapitalı isə 302,9 min manat və ya 2,6 % azalaraq 11 milyon 546 min manat olub.
Yığılmış zərər isə 203 min manat (25,8%) artıb və 990 min manat təşkil edib.