Müxtəlif metal konstruksiyaların istehsalı ilə məşğul olan "Azərelektroterm" ASC 2023-ci ilin maliyyə hesabatlarını açıqlayıb.
FED.az xəbər verir ki, şirkət ötən ilin əməliyyat gəlirləri 439,2 min manat olub. Bu gəlirlər son bir ildə 175,2 min manat, yəni 66,4% çoxdur.
Əməliyyat xərcləri 19,8 min manat olub ki, bu göstərici illik müqayisə ilə 1,1 min manat (5,9%) çoxdur.
Beləliklə şirkətin ümumi mənfəəti 419,4 min manat təşkil edib. Bu növ mənfəət son bir ildə 174,1 min manat (71%) artıb.
46,8 min manat mənfəət vergisi ödənişindən sonra "Azərelektroterm" ASC 187,1 min manatlıq xalis mənfəət əldə edib. 2022-ci ildə isə şirkətin xalis mənfəəti 89,7 min manat idi.
Hesabat dövründə şirkətin ümumi idarəetmə xərcləri 102,2 min manat, amortizasiya xərcləri 76,1 min manat, sair əməliyyat xərcləri 7,2 min manat, cəmi sair əməliyyat xərcləri 185,4 min manat, əsas fəaliyyət üzrə mənfəət 233,9 min manat təşkil edib.
İllik müqayisə ilə şirkətin ümumi idarəetmə xərcləri 68,4 min manat (3 dəfə) artıb, amortizasiya xərcləri 8,3 min manat (9,8%), sair əməliyyat xərcləri 7,8 min manat (2,1 dəfə) azalıb, cəmi sair əməliyyat 52,2 min manat (39,2%), əsas fəaliyyət üzrə mənfəət 121,8 min manat (2,1 dəfə) artıb.
Mənfəət vergisi ödəmələri son bir ildə 24,4 min manat və ya 2,1 dəfə, xalis mənfəət isə 97,4 min manat və ya 2,1 dəfə artıb.
"Azərelektroterm" ASC ötən il 12 milyon 16 min manat cəmi aktivlərə malik olub. Aktivlər son bir ildə 169 min manat və ya 1,4% artıb.
Öhdəliklər 14 min manat və ya 0,6% artaraq 2 milyon 245 min manata yüksəlib.
Balans kapitalı isə son bir il ərzində 154 min manat və ya 1,6% artaraq 9 milyon 771 min manata çatıb.
Şirkətin bölüşdürülməmiş mənfəətinin həcmi 7 milyon 813 min manata bərabər olub ki, bu da 2022-ci ilin göstəricisi ilə müqayisədə 58 min manat, başqa sözlə 0,7% çoxdur.