"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" 2023-cü il üzrə maliyyə vəziyyəti göstəricilərini açıqlayıb.
FED.az xəbər verir ki, qurum ötən ili 46 milyon 385 min manat xalis mənfəətlə bitirib. 2022-ci ildə isə 65 milyon 441 min manat mənfəətlə bitirmişdi. Beləliklə, son bir il ərzində qurumun mənfəətində 21 milyon 756 min manat və ya 33,2% azalma baş verib.
Hesabat dövründə şirkət mənfəətindən 12 milyon 677 min manat vergi ödəyib ki, bu da illik müqayisədə 13 milyon 955 min manat (2,1 dəfə) azdır.
QSC-nin ötən il gəlirləri 524 milyon 195 min manat, satışın maya dəyəri 375 milyon 113 min manat, ümumi mənfəəti 149 milyon 82 min manat təşkil edib. İllik müqayisədə gəlirlər 45 milyon 876 min manat (8%) azalıb, satışın maya dəyəri 5 milyon 669 min manat (1,5%) artıb, ümumi mənfəət 51 milyon 545 min manat (25,7%) azalıb.
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" 2023-cü ildə ümumi və inzibati xərcləri 60 milyon 921 min manat, sosial xərclər 9 milyon 506 min manat, digər əməliyyat gəlirləri 50 milyon 490 min manat, digər əməliyyat xərcləri 67 milyon 259 min manata bərabər olub. İllik müqayisədə ümumi və inzibati xərcləri 8 milyon 762 min manat (16,8%), sosial xərclər 931 min manat (10,9%), digər əməliyyat gəlirləri 18 milyon 113 min manat (55%) artıb, digər əməliyyat xərcləri 2 milyon 913 min manat (4,2%) azalıb.
Qurumun əməliyyat mənfəəti 34 milyon 73 min manat (36,5%) azalaraq 59 milyon 222 min manata düşüb.
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" ötən il 1 milyard 743 milyon 539 min manat cəmi aktivlərə malik olub. Aktivlər son bir il ərzində 408 milyon 120 min manat və ya 30,6% artım baş verib.
Qurumun öhdəlikləri 145 milyon 381 min manat və ya 89,9% artaraq 307 milyon 107 min manata çatıb.
Balans kapitalı 1 milyard 436 milyon 432 min manat təşkil edib ki, bu 2022-ci illə müqayisə edəndə 262 milyon 742 min manat (22%) çoxdur.
Bölüşüdürülməmiş mənfəətin həcmi isə 30 milyon 742 min manat (5,1%) artaraq 635 milyon 281 min manata yüksəlib.