“Edumedia-Azərbaycan” MMC 2024-cü ilin yekunlarına dair maliyyə hesabatlarını açıqlayıb.
FED.az xəbər verir ki, şirkət 2024-cü ili 1 milyon 699 min manat xalis mənfəətlə başa vurub. Bu, ötən ilin nəticəsindən 1 milyon 52 min manat və ya 38,2% azdır.
Şirkətin əsas əməliyyat gəliri 8,2 milyon manat təşkil edib. Bu, ötən ilə nisbətən 1,5 milyon manat (15,3%) azalmadır.
Satışın maya dəyəri 6,0 milyon manata enib. Bu da illik müqayisədə 656,7 min manat (9,8%) azalma deməkdir.
Nəticədə şirkətin ümumi mənfəəti 826,2 min manat (27,3%) azalaraq 2,2 milyon manata enib.
Sair əməliyyat xərcləri 305,4 min manat olub. Bu da illik 221,9 min manat və ya 3,7 dəfə artım deməkdir.
Bu amillərin birgə təsiri ilə əməliyyat mənfəəti 1,9 milyon manat olub. Bu, 2023-cü ilə nəzərən 1 milyon 48 min manat (35,7%) azdır.
Mənfəət vergisi xərci 190,8 min manat təşkil edib. 2023-cü illə müqayisədə bu xərclər 3,6 min manat (1,9%) artıb.
Şirkət 2024-cü ildə 4,3 milyon manat cəmi aktivlərə malik olub.. Bu, 2023-cü ilin göstəricisindən 329,2 min manat (7,2%) azdır.
Cəmi uzunmüddətli aktivlər (yalnız torpaq, tikili və avadanlıqlardan ibarətdir) 195,2 min manata bərabər olub. Bu aktivlərdə illik 42,3 min manat (17,8%) azalma baş verib
Cəmi qısamüddətli aktivlər 4,1 milyon manat olub ki, bu da, illik 287,0 min manat (6,6%) azalmadır.
Ehtiyatlar 198,7 min manat təşkil edib və il ərzində 5,3 min manat (2,7%) artıb.
Qısamüddətli debitor borcları 3,4 min manata bərabər olmaqla 12,1 min manat (4,5 dəfə) azalıb.
Pul vəsaitləri 3,5 milyon manat təşkil edərək 283,8 min manat (7,4%) azalıb.
Sair qısamüddətli aktivlər isə 328,2 min manat olub ki, bu da illik 3,6 min manat (1,1%) artım deməkdir.
Hesabatın ən vacib dəyişikliyindən biri də şirkətin öhdəliklərində baş verib. Cəmi öhdəliklər 87,1 min manata bərabər olub. Bu da illik 160,7 min manat və ya 2,8 dəfə azalma deməkdir.
Şirkətin uzunmüddətli öhdəliyi olmayıb.
Qısamüddətli faiz xərcləri yaradan öhdəliklər 71,7 min manat olub. Bu, illik 6,6 min manat (10,2%) artımdır.
Vergi və sair məcburi ödənişlər 1,7 min manat təşkil edib. Bu, 2023-cü ilin göstəricisindən 167,0 min manat və ya 97 dəfə azdır.
Qısamüddətli kreditor borcları isə 13,7 min manata bərabər olub, son bir il ərzində cüzi (277 manat) azalıb.
Cəmi kapital 4,2 milyon manat təşkil edib. Kapital göstəriciləri 2023-cü ilə nəzərən 168,5 min manat başqa sözlə 3,9% kiçilib.
Nizamnamə kapitalı 60 manat səviyyəsində dəyişməz qalıb.
Bölüşdürülməmiş mənfəət isə 4,2 milyon manata düşüb. İl ərzində 168,5 min manat (3,9%) azalma qeydə alınıb.