"Şərq-Qərb" ASC 2023-cü ilin maliyyə vəziyyətini açıqlayıb.
FED.az xəbər verir ki, nəşriyyatın ötən il 12 milyon 225 min manat gəlirləri olub. Gəlirləri 945 min manat (7%) azalıb.
Satışın maya dəyəri 5 milyon 103 min manata bərabər olub ki, bu da illik müqayisədə 282 min manat (6%) artım deməkdir.
Beləliklə, ümumi gəlir 1 milyon 227 min manat (15%) azalaraq 7 milyon 122 min manata düşüb.
Nəşriyyatın ümumi xərcləri 5 milyon 817 min manata bərabər olub ki, onun da 3 milyon 609 min manatı kommersiya, 2 milyon 181 min manatı inzibati, 28,5 min manatı gəlirdən çıxılan vergilərin payına düşüb.
İllik müqayisə ilə cəmi xərclər 790 min manat (12%), kommersiya xərcləri 2 milyon 353 min manat (39%), mənfəətdən çıxılan digər vergilər 6 min manat (17,6%) azalıb, inzibati xərclər 1 milyon 569 min manat (3,6 dəfə) artıb.
Yekunda "Şərq-Qərb" ASC ötən ili 648,4 min manat xalis mənfəətlə başa vurub. 2022-ci illə müqayisədə nəşriyyatın mənfəəti 744,6 min manat (2,1 dəfə) azalıb.
"Şərq-Qərb" ASC ötən il 9 milyon 29 min manat cəmi aktivlərə malik olub. Aktivlər son bir il ərzində 42 min manat (0,5%) artıb.
Öhdəliklər 607 min manat (46,6%) azalaraq 8 milyon 333 min manata düşüb.
Balans kapitalında 649 min manat və ya 8,4% artım olub və 8 milyon 333 min manata çatıb.