"Azəraqrartikinti" ASC 2023-cü ilin maliyyə vəziyyətini açıqlayıb.
FED.az xəbər verir ki, tikinti şirkəti ötən il 28 milyon 744 min manata gəlir əldə edib. Gəlirlər illik müqayisədə 12 milyon 551 min manat və ya 30% azalıb.
Satışın maya dəyəri isə 10 milyon 59 min manat və ya 31,5% azalaraq 21 milyon 857 min manata düşüb.
Beləliklə tikinti şirkətinin ötən il xalis faiz gəlirləri 6 milyon 886 min manata bərabər olub. Bu gəlirlər də illik müqayisədə 2 milyon 493 min manat (26,6%) azalıb.
Tikinti şirkətinin inzibati və əməliyyat xərcləri 547 min manat və ya 31% azalaraq 1 milyon 221 min manata düşüb.
Əməliyyat mənfəəti isə 5 milyon 666 min manata bərabər olub ki, bu göstəricidə 1 milyon 945 min manat (25,6%) azalma olur.
Şirkəti ötən ili 4 milyon 533 min manat xalis mənfəət ilə başa vurub. 2022-ci ili 6 milyon 88 min manat xalis mənfəət ilə bitirmişdi. Beləliklə. "Azəraqrartikinti" ASC-nin xalis mənfəəti 2023-cü ildə 2022-ci illə müqayisədə 1 milyon 556 min manat və ya 25,6% azalıb.
"Azəraqrartikinti" ASC ötən ilin sonuna 51 milyon 4 min manat cəmi aktivlərə malik olub. Şirkət aktivlər 3 milyon 190 min manat və ya 5,9% azalıb.
Öhdəliklər 7 milyon 618 min manat və ya 40,6% azalaraq 11 milyon 130 min manata düşüb.
Balans kapitalı 39 milyon 875 min manata bərabər oub ki, bu da son bir ildə 4 milyon 429 min manat artım deməkdir.