“Atilla Trans and Services” QSC 2024-cü ili 99,8 min manat zərərlə başa vurub.
FED.az xəbər verir ki, bu nəticə 2023-cü ilin nəticələri ilə müqayisədə kəskin geriləməni deməkdir.
Belə ki, şirkət 2023-cü ili 11,2 min manat xalis mənfəətlə bağlamışdı.
2024-cü ildə “Atilla Trans and Services”in əsas əməliyyat gəlirləri 6 milyon 324 min manat təşkil edib. Bu göstərici əvvəlki illə müqayisədə 374 min manat və ya 6,4% artımdır.
Şirkətin xərcləri isə 493 min manat və ya 8,3% artaraq 6 milyon 424 min manata yüksəlib.
Xərclərin gəlirlərdən çxo olması nəticəsində nəticəsində əməliyyat zərəri edib. Şirkət mənfəət vergisi ödəməyib.
“Atilla Trans and Services” 777,8 min manat cəmi aktivlərə və öhdəliklərə malik olub. İllik müqayisədə aktivlər 305,1 min manat (28,2%), öhdəliklər isə 64,5 min manat (7,7%) azalıb.
Cəmi kapital isə dəyişməyərək 2 min manat olaraq qalıb.
Bu həm də nizamnamə kapitalıdır.