Maliyyə Monitorinqi Xidməti ötən ilin maliyyə vəziyyətini açıqlayıb.
FED.az xəbər verir ki, qurum 2024-cü ilə 6 milyon 525 min manat gəlir əldə edib. Əvvəlki il bu göstərici 4 milyon 324 min manat olub.
Beləliklə gəlirlərdə son bir ildə 2 milyon 202 min manat 50,9% artım baş verib.
Bununla belə, ötən il qurumun sair əməliyyat gəlirləri 193,5 min manat (130 dəfə) artımla 195 min manata yüksəlib.
Büdcədən daxilolmalar üzrə gəlirlər 6 milyon 330 min manata bərabər olub ki, bu da illik 2 milyon 8 min manat (46,5%) artım deməkdir.
Belə ki, işçi heyəti üzrə xərclərə 5 milyon 423 min manat, digər xərclərə 570 min manat, amortizasiyaya 532,2 min manat yönəldilib.
İllik müqayisədə işçi heyəti üzrə xərclər 1 milyon 652 min manat (44%), digər xərclər 404,6 min manat (4,2 dəfə), amortizasiya xərcləri 145,4 min manat (34,2%) artıb.
Cəmi xərclər isə 2 milyon 201 min manat (51%) artımla 6 milyon 525 min manata yüksəlib.
Maliyyə Monitorinqi Xidməti ötən il 11 milyon 979 min manat aktivlərə malik olub. 2023-cü ildə isə aktivləri 10 milyon 804 min manat olub ki, bu da illik müqayisədə 1 milyon 175 min manat və ya 11% artım deməkdir.
Hesabat tarixinə qurum 8 milyon 752 min manatlıq cəmi öhdəliklərə, 3 milyon 227 min manatlıq cəmi kapitala, o cümlədən 10 min manatlıq nizamnamə kapitalına malik olub.
İllik müqayisədə öhdəliklər 1 milyon 175 min manat və ya 16% artıb, balans və nizamnamə kapitalı isə dəyişməyib.