“Azəristiliktəchizat” ASC 2022-ci il üzrə konsolidasiya edilmiş maliyyə vəziyyəti haqqında hesabatı açıqlayıb.
FED.az xəbər verir ki, qurumun aktivləri 2022-ci ildə 151,8 milyon manatdan çox olub. Aktivlər son bir ildə 3 milyon 47 min manat, başqa sözlə 2% artıb.
Aktivlərin təxminənm 131 milyon manatını uzunmüddətli, 20,9 milyon manatını qısa müddətli aktivlər təşkil edib.
Bu dövrdə ticarət və digər debitor borcları 10,6 milyon manata yaxın olub ki, bu sa əvvəlki illə müqayisədə 1,7 milyon manat, yəni 19,8% çoxdur.
Nağd pul və onların ekvivalentləri isə 939 min manat (14,5%) azalaraq 5,5 milyon manata düşüb.
Dövlət qurumunun öhdəlikəri 68 milyon manata yaxın olub. Əvvəlki illə müqayisədə öhdəliklər 11,1 milyon manat, başqa sözlə 19,5% artıb.
Bunun da 24,5 milyon manatı borc öhdəlikləridir. Borc öhdəlikləri son bir ildə 4,5 milyon manatadək, və ya 15,5% azalıb.
Qurumun kapitalı isə 8 milyon manatdan çox, başqa sözlə 8,8% azalaraq 83,9 milyon manata düşüb.
Əvvəlki illərin yığılmş zərəri isə 16,5 milyon manat, yəni 17,9% artıb və 108,4 milyon manatı keçib.
Nizamnamə kapitalı 2021-ci ildə olduğu kimi 2022-ci ildə də dəyişməyib və 136 milyon 684 min 980 manat olaraq qalıb.
Dövlət şirkətinin zərəri 110 milyona çatır, kapitalı azalır - HESABAT
09:34
13 Sen 2023