Azərbaycan Dövlət Neft Fondu (ARDNF) 2023-cü ilin maliyyə vəziyyətini açıqlayıb.
Bu barədə FED.az ARDNF-in audit hesabatına istinadən xəbər verir.
Ötən il Neft Fondununn effektiv faiz dərəcəsi metodu ilə hesablanmış faiz gəlirləri 176 milyon 248 min manat, istiqraz investisiyaları üzrə gəliri 3 milyard 045 milyon 023 min manat səhm investisiyaları üzrə gəliri 3 milyard 479 milyon 743 min manat, qızıl külçə investisiyaları üzrə gəlirləri 1 milyard 373 milyon 126 min manat, məzənnə fərqi üzrə gəliri 109 milyon 299 min manat, investisiya mülkiyyətinin ədalətli dəyərlə yenidən qiymətləndirilməsi üzrə zərəri 24 milyon 998 min manat , icarə gəlirləri 40 milyon 005 min manat sair əməliyyat gəlirləri 31 milyon manat 748 milyon manat , əməliyyat xərcləri 76 milyon 546 milyon manat təşkil edib.
İllik müqayisə ilə effektiv faiz dərəcəsi metodu ilə hesablanmış faiz gəlirləri 104 milyon 803 min manat (2,4 dəfə), qızıl külçə investisiyaları üzrə gəlirləri 1 milyard 285 milyon 214 min manat (15,6 dəfə). sair əməliyyat gəlirləri 11 milyon 255 min manat (54,9%), artıb, icarə gəlirləri 1 milyon 127 min manat (2,7%) azalıb.
Bundan əlavə Neft Fondu ötən il istiqrazlar üzrə 2 milyard 916 milyon 521 min manat, səhm investisiyaları üzrə 2 milyard 9 milyon 443 min manat, məzənnə fərqi üzrə (xalis) 161 milyon 630 min manat zərərdə olub.
Hesabat dövründə Fondun əməliyyat xərcləri 1 milyon 583 min manat (2%) artaraq 76 milyon 546 min manata bərabər olub.
2022-ci ildə 4 milyard 945 milyon 55 min manat əməliyyat zərəri etməsinə baxmayaraq 2023-cü ildə 8 milyard 153 milyon 648 min manat əməliyyat mənfəəti əldə edib.
Birgə müəssisələrin vergidən sonrakı maliyyə nəticələrində pay üzrə zərəri 47 milyon 357 min manat olub ki, bu da illik müqayisədə 6,2 dəfə azdır.
3 milyon 502 min manat mənfəət vergisi ödənişindən sonra Dövlət Neft Fondu 2023-cü ili 8 milyard 102 milyon manat 789 min manat xalis mənfəətlə başa vurub. Halbuki. 2022-ci ildə 5 milyard 240 milyon 669 min manat zərərlə başa vurmuşdu.
Bu il yanvarın 1-nə Neft Fondunun aktivləri 95 milyard 771 milyon 301 min manat olub. Bu da illik müqayisədə 11 milyard 661 milyon 791 min manat və ya 13,9 % çoxdur. Hesabat dövründə Fondun öhdəlikləri 170 milyon 201 min manat və ya 27,1 % azalaraq 457,629 milyon manata düşüb, balans kapitalı isə 11 milyard 831 milyon 991 min manat və ya 14,2 % artaraq 95 milyard 313 milyon 672 min manata çatıb.