“Aqrar İnnovasiya və Texhizat Şirkəti” ASC (gübre.az) 2023-cü il üzrə maliyyə vəziyyətini açıqlayıb.
FED.az xəbər verir ki, ötən il ASC üçün maliyyə baxımından üçün çətin keçib.
Belə ki, 2022-ci ildə 58 min manat xalis mənfəət bitirən şirkət 2023-cü ildə 1 milyon 820 min manat zərər edib.
“Aqrar İnnovasiya və Texhizat Şirkəti”nin 2023-cü ildə 35 milyon 956 min manat əsas əməliyyat gəlirləri olub ki, bu da 2022-ci ilin göstəricisi ilə nisbətdə 1 milyon 590 min manat və ya 4.6% artım deməkdir.
Satışın maya dəyəri 29 milyon 305 min manat olub ki, bu da son bir il ərzində 2 milyon 360 min manata (8,8%) artım deməkdir.
Bununla belə, ümumi mənfəəti illik 770 min manat, başqa sözlə, 10.4% azalaraq 6 milyon 651 min manat təşkil edib.
Şirkətin digər fəaliyyət üzrə gəlirləri 49,8 min manat (16,9%) azalaraq 245,4 min manata düşüb.
Cəmi gəlirlərində 820 min manat (10,6%) azalma baş verib və 6 milyon 896 min manata bərabər olub.
Hesabat dövründə şirkətin kommersiya xərcləri 3 milyon 909 min manat, inzibati xərcləri 4 milyon 365 min manat, sair əməliyyat xərcləri 201,6, maliyyə xərcləri 235,9 min manat, gəlirdən çıxılan vergiləri 5,8 min manat təşkil edib.
İlik müqayisə ilə kommersiya xərcləri 1 milyon 365 min manat (54%) artıb, inzibati xərcləri 305 min manat (6,5%) azalıb, sair əməliyyat xərcləri 67,9 min manat (50,8%) artıb, maliyyə xərcləri 55 min manat (19%) azalıb, gəlirdən çıxılan vergiləri 0,9 min manat (18%) artıb.
“Aqrar İnnovasiya və Texhizat Şirkəti” ASC ötən il 19 milyon 9 min manat cəmi aktivlərə malik olub. Aktivlər son bir il ərzində 4 milyon 292 min manat və ya 18,4% azalıb.
Öhdəliklər son bir il ərzində 2 milyon 172 min manat və ya 12,6% azalaraq 15 milyon 19 min manata düşüb.
Balans kapitalında isə 2 milyon 121 min manat və ya 34,7% azalma baş verib və 3 milyon 990 min manat təşkil edib.
Şirkət 2023-cü ildə zərər etsə də, səhmdarına 400 min manat dividend ayırıb. 1 yanvar 2024-cü il tarixinə kapitalında 3 milyon 790 min manat bölüşdürülməmiş mənfəət qalmaqdadır. ötən il bölüşdürülməmiş mənfəətin həcmi isə 6 milyon 11 min manat idi.
Nizamnamə kapitalı isə 2 dəfə artırılaraq 100 min manatdan 200 min manata çatdırılıb.