«Ceremony Hall» QSC 2023-ci ilin maliyyə nəticələrini elan edib.
FED.az xəbər verir ki, QSC 2023-ci ildə 2 milyon 585 min manat əməliyyat gəliri əldə edib. Bu 2022-ci ilə nisbətən 1 milyon 160 min manat və ya 81% artıqdır.
Satışın maya dəyəri isə 1 milyon 719 min manat olub ki, bu da illik müqayisədə 663 min manat və ya 63% artım deməkdir
Beləliklə, şirkətin ümumi mənfəəti 867 min manata bərabər olub. Bu da 2022-ci ildəki ümumi mənfəətdən 498 min manat və ya 2,3 dəfə çoxdur.
Hesabat dövründə əməliyyat mənfəətinin həcmi 268 min manat (76%) artaraq 620 min manata yüksəlib. Şirkətin inzibati xərcləri isə 246 min manat olub.
Sadələşmiş vergi xərcləri son bir ildə 92,8 min manat, başqa sözlə 81% artaraq 206,8 min manata çatıb.
Nəticədə "Ceremony Hall" 2023-ci ili 382 min manat xalis mənfəətlə başa vurub. Bu 2022-ci illə müqayisədə 191 min manat və ya 2 dəfə artması deməkdir.
"Ceremony Hall" QSC 2022-ci ildə 5 milyon 952 min manat aktivlərə malik olub. Bunun böyük hissəsi - 4,3 milyon manatı bina və qurğulardır.
QSC-nin öhdəlikləri isə 27 min manat (0,6%) azalaraq 4 milyon 593 min manata düşüb.
2023-cü ildə "Ceremony Hall"ın nizamnamə kapitalı 600 dəfə artırılaraq 2 min manatdan 1 milyon 200 min manata çatdırılıb. Nəticədə balans kapitalında da kəskin (7 dəfə) artım baş verib. Belə ki, kapital 193 min manatdan 1 milyon 359 min manata yüksəlib.
2022-ci ildə isə 22,2 dəfə artırılaraq 90 manatdan 2 000 manata çatdırılmışdı.