Ağac və tikinti materiallarının (əsasən sement) topdan satışı ilə məşğul olan "Konstromat" ASC 2023-cü ilin maliyyə vəziyyətini açıqlayıb.
FED.a zxəbər verir ki, "Konstromat" ASC-nin əsas əməliyyat gəliri 2023-cü ildə 36 milyon 838 min manat olub. Gəlirlər son bir ildə 5 milyon 918 min manat və ya 19,1% artıb.
Satışın maya dəyəri üzrə xərclər 4 milyon 204 min manat və ya 17,3% artaraq 28 milyon 554 min manata yüksəlib.
Beləliklə şirkətin ümumi mənfəəti 8 milyon 284 min manata bərabər olub ki, bu da illik müqayisədə 1 milyon 714 min manat və ya 26,1% artım deməkdir.
"Konstromat" ASC-nin əməliyyat gəlirləri 36 milyon 838 min manat, əməliyyat xərcləri 30 milyon 920 min manat, ümumi mənfəəti 5 milyon 467 min manat təşkil edib. Şirkət ümumi mənfəətindən 1 milyon 93 min manat mənfəət vergisi ödəyib.
Hesabat dövründə şirkətin inzibati xərcləri 1 milyon 72 min manata, sair əməliyyat xərcləri 1 milyon 743 min manata bərabər olub. Son bir ildə inzibati xərclər 422 min manat və ya 64,9%, sair əməliyyat xərcləri isə 940 min manat və ya 2,2 dəfə artıb.
Şirkət əməliyyat mənfəətini son bir ildə 358 min manat və ya 7% artıraraq 5 milyon 467 min manata çatdırıb.
"Konstromat" ASC 2023-cü ili 4 milyon 374 min manat xalis mənfəət ilə başa vurub. Şirkət 2022-ci ili 4 milyon 88 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, ötən il "Konstromat" ASC-nin xalis mənfəəti 286 min manat və ya 7% artıb.
"Konstromat" ASC 6 milyon 175 min manat cəmi aktivlərə, 2 milyon 211 min manat cəmi öhdəliklərə və 3 milyon 965 min manat cəmi kapitala malik olub.
İllik müqayisə ilə 1 milyon 372 min manat və ya 18,2%, öhdəliklər 2 milyon 651 min manat və ya 2,2 dəfə azalıb, balans kapitalı isə 1 milyon 281 min manat və ya 47,7% artıb.
Qeyd edək ki, “Konstromat” ASC 2013-cü ildə fəaliyyətə başlayıb. "Konstromat” ASC-nin səhmlərinin 100%-i Rasim Naib oğlu Əkbərova məxsusdur. "Konstromat" ASC nin direktoru isə Məlikov Tural Yasin oğludur.