“Bakı Şampan Şərabları Zavodu” ASC ötən ilin maliyyə vəziyyətini açıqlayıb.
FED.az xəbər verir ki, zavod ötən ili 2 milyon 110 min manat zərərlə başa vurub. Xatırladaq ki, şirkət 2022-ci ili 49,4 min manat zərərlə yekunlaşdırmışdı.
Hesabat dövründə zavod tərəfindən mənfəət vergisi ödənilməyib.
“Bakı Şampan Şərabları Zavodu” ASC-nin sair əməliyyat gəlirləri 301,2 min manat təşkil edib. Bu, illik müqayisədə 74,8 min manat və ya 33% artım deməkdir.
Zavodun inzibati xərcləri 70,2 min manat, sair əməliyyat xərcləri 188,5 min manat təşkil edib.
Bu da illik müqayisədə müvafiq olaraq 9,5 min manat (16%) çox və 26,7 min manat (12%) azdır.
“Bakı Şampan Şərabları Zavodu” ASC 2023-cü ildə 5 milyon 153 min manat aktivlərə malik olub. Aktivlər son bir il ərzində 2 milyon 270 min manat və ya 31% azalıb.
Öhdəliklər 117,7 min manat və ya 15% azalaraq 677,5 min manata düşüb.
Balans kapitalı isə 4 milyon 475 min manata bərabər olub ki, bu da illik müqayisədə 2 milyon 153 min manat və ya 32% azdır.
Zavodun ödənilmiş zərəri 2 milyon 152 min manat və ya 16,3 dəfə artaraq 2 milyon 293 min manata yüksəlib.