"Birkart" BOKT MMC 2023-cü ilin maliyyə vəziyyətini açıqlayıb.
FED.az xəbər verir ki, BOKT ötən ili 117,3 min manat xalis zərərlə başa vurub. Təşkilat 2022-ci ili 265,4 min manat xalis zərər ilə bağlamışdı. Beləliklə, ötən il "Birkart" BOKT-ın xalis zərəri 148,1 min manat və ya 2,3 dəfə azalıb.
Ötən il "Birkart" BOKT-ın əsas əməliyyat gəlirləri 2023-cü ildə 2 min olub. Gəlirlər son bir il ərzində 18,1 min manat və ya 10 dəfə azalıb.
Sair əməliyyat gəlirləri 223,9 min manat (4,4 dəfə) azalaraq 66,1 min manata, cəmi əməliyyat gəlirləri isə 241,9 min manat (4,6 dəfə) azalaraq 68,1 min manata düşüb.
BOKT-un kommersiya xərcləri 24,1 min manat təşkil edib ki, bu da illik müqayisədə 168 min manat və ya 8 dəfə azdır.
Bununla yanaşı ümumi inzibati xərclər 97,1 min manat, əmək haqqı xərcləri 62,4 min manat, köhnəlmə və amortizasiya xərcləri 34,7 min manat, maliyyə xərcləri 1,8 min manat, sair əməliyyat xərcləri 62,4 min manat, cəmi əməliyyat xərcləri isə 185,3 min manat təşkil edib.
İllik müqayisədə ümumi inzibati xərclər 66,9 min manat (41%) azalıb, əmək haqqı xərcləri 31,8 min manat (2 dəfə) artıb, köhnəlmə və amortizasiya xərcləri 38,7 min manat (2,1 dəfə), maliyyə xərcləri 0,8 min manat (31%), sair əməliyyat xərcləri 214,3 min manat (4,4 dəfə), cəmi əməliyyat xərcləri isə 390,2 min manat (3,1 dəfə) azalııb.
2023-cü il tarixində "Birkart" BOKT MMC 62 milyon 321 min manat cəmi aktivlərə malik olub. Aktivlər son bir il ərzində 31 milyon 614 min manat və ya 2 dəfə artıb.
Şirkətin aktivlərinin böyük hissəsi, yəni, 60 milyon 629 min manatı investisiyalar ilə bağlıdır. Bu da illik müqayisədə 29 milyon 494 min manat və ya 95% artım deməkdir.
BOKT-un yığılmış zərəri son bir il ərzində 117,3 min manat, başqa sözlə 18% artaraq 770,4 min manata yüksəlib.
BOKT 63 milyon 89 min 980 nizamnamə kapitalına malikdir.
2022-ci ildə isə nizamnamə kapitalı 31 milyon 358 min manat idi.
"Birkart" BOKT MMC-nin 100% payçısı "Kapital Bank" ASC-dir.