“Bakı Şampan Şərabları ” ASC ötən ilin maliyyə vəziyyətini açıqlayıb.
FED.az xəbər verir ki, zavod ötən ili 86,5 min manat zərərlə başa vurub. Xatırladaq ki, şirkət 2023-cü ili 34 min manat mənfəətlə yekunlaşdırmışdı.
Hesabat dövründə zavod tərəfindən mənfəət vergisi ödənilməyib.
“Bakı Şampan Şərabları Zavodu” ASC-nin sair əməliyyat gəlirləri 313,6 min manat təşkil edib. Bu, illik müqayisədə 12,4 min manat və ya 4,1% artım deməkdir.
Zavodun inzibati xərcləri 26,5 min manat, sair əməliyyat xərcləri 200,6 min manat təşkil edib.
illik müqayisədə inzibati xərclər 43,7 min manat (2,6 dəfə) az, sair əməliyyat xərcləri 12,1 min manat (6,4%) çoxdur.
“Bakı Şampan Şərabları” ASC 2024-cü ildə 5 milyon 124 min manat aktivlərə malik olub. Aktivlər son bir il ərzində 29 min manat və ya 0,6% azalıb.
Öhdəliklər 235,3 min manat və ya 34,7% artaraq 912,8 min manata yüksəlib.
Balans kapitalı isə 4 milyon 211 min manata bərabər olub ki, bu da illik müqayisədə 264 min manat və ya 5,9% azdır.