"Bakı Ət” ASC-nin 2024-cü il üzrə maliyyə hesabatı açıqlanıb.
FED.az xəbər verir ki, cəmiyyət ötən ili 52,3 min manata yaxın mənfəətlə başa vurub.
Mənfəət son bir ildə 276 min manat və ya 0,5% azalıb. Şirkətin əvvəlki ildəki mənfəəti 52,9 min manat idi.
Şirkət ötən il 13,1 mənfəət vergisi ödəyib ki, bu da illik 69 min manat (0,5%) azdır.
“Bakı Ət” ASC-nin sair əməliyyat gəlirləri 12,1 min manat və ya 2,2% azalaraq 248,4 min manata düşüb.
Kommersiya xərcləri 2024–cü il də 424,6 manat olub ki, bu da 2023–ci illə müqayisə 36,9 min manat (8%) azdır.
Hesabat dövründə şirkətin əsas vəsaitin satışından gəlirləri 4 min 951 manat təşkil edib ki, bu da illik müqayisədə 2 min 239 manat və ya 82,6% çoxdur.
“Bakı Ət” ASC ötən il 292 min manat cəmi aktivlərə malik olub. Aktivlər 2023-cü ilə nəzərən 63,9 min manat (18%) azalıb.
Öhdəliklər 45,6 min manat (17,1%) artımla 313,2 min manatı ötüb.
Bölüşdürülməmiş mənfəətin həcmi 1 milyon 289 min manata brəabər olub ki, bu da illik 109,5 min manat (9,3%) azdır.
Bölüşdürülməmiş mənfəətin həcmi nizamnamə kapitalından yüksək olmaması səbəbilə balans kapitalında 21,2 min manat (1,9%) azalma ilə 1 milyon 369 min manata düşüb.