“Bakı Fond Birjası” QSC (BFB) 2023-cü il üzrə maliyyə hesabatlarını açıqlayıb.
FED.az BFB-nin maliyyə hesabatlarına istinadən xəbər verir ki, ötən il birjanın gəlirləri 2 milyon 275.6 min manata, əməliyyat xərcləri isə 2 milyon 765 min manata bərabər olub.
İllik müqayisədə gəlirlər 65 min manat (2,9%) artıb, əməliyyat xərcləri 8 min manat (0,3%) azalıb.
Əməliyyat xərclərinin 1 milyon 710 min manatı əmək haqqları və işçilərlə bağlı xərclər, 707,1 min manatı isə ümumi və inzibati xərclərdir. Əmək haqqı və işçilərlə bağlı 285 min manat (20%) artıb, ümumi və inzibati xərclər isə 313,9 min manat (30,7%) artıb.
Beləliklə BFB-nin əməliyyat zərəri 489,2 min manat təşkil edib. Bu da illik müqayisədə 72,9 min manat (14,9%) çoxdur.
Birjanın faiz gəlirləri 485,3 min manat, maliyyə xərcləri 137 min manat, dəyərsizləşdirmə xərci 282 min manata bərabər olub.
İllik müqayisədə faiz gəlirləri 4,7 min manat (1%) azalıb, maliyyə xərcləri 3,7 min manat (3%) artıb, ötən il dəyərsizləşdirmə xərci olmayıb.
Bakı Fond Birjası 367,9 min manat zərər edib. "Bakı Fond Birjası"nın xalis zərəri 112 min manat və ya 43,8% artıb.2022-ci ildə 256,1 min manat zərər etmişdi.
Ötən il BFB-nın cəmi aktivləri əvvəlki illə müqayisədə 5.6% və ya 674.3 min manat azalaraq 11 milyon 263 min manat cəmi aktivlərə malik olub. Aktivlər son bir il ərzində 5.6% və ya 674.3 min manat azalıb.
Cəmi öhdəliklər isə 8.7% və ya 124 min manat azalaraq 1 milyon 309 min manata bərabər olub.
2024-cü il yanvarın 1-nə BFB-nin cəmi kapitalı 9 milyon 954 min manat təşkil edib ki, bu da əvvəlki ilə nisbətən 550 min manat və ya 5,2% azdır.