Sistem inteqrasiyası, məlumat mərkəzi həlləri, şəbəkə həlləri, kompleks İT təhlükəsizliyi həlləri, enerji təminatı, soyutma sistemləri, proqram təminatının hazırlanması, İT sahəsində məsləhət xidmətləri, o cümlədən, distribüsiya xidmətləri göstərən "Bestcomp Group" MMC ötən ilin maliyyə vəziyyətini açıqlayıb.
FED.az xəbər verir ki, Bestcomp Group"un satışdan gəlirləri 206 milyon 790 min manat təşkil edib. İllik müqayisə ilə şirkətin satışdan gəlirləri 54 milyon 752 min min manat və ya 36% artıb. Ötən il "Bestcomp Group" QSC ölkə xaricində gəlir əldə etməyib. 2022-ci ildə Şirkətin ölkə xaricində gəlirləri 3 milyon 902 min manat təşkil etmişdi.
Ötən il "Bestcomp Group" 42,1 min manat digər gəlirlər də əldə edib. Bu göstərici son bir il ərzində 23,1 min manat və ya 2,4 dəfə artıb.
İT şirkətinin cəmi əməliyyat xərcləri illik müqayisədə 23 milyon 986 min manat (18,3%) artaraq 155 milyon 230 min manata yüksəlib.
Bu dövrdə bank və komissiyon xərcləri 263 min manat (13%) azalaraq 1 milyon 766 min manata düşüb.
Əməliyyat və digər xərclərin cəmi son bir il ərzində 113 milyon 752 min manat (6,8 dəfə) azalaraq 19 milyon 520 min manata bərabər olub.
Beləliklə xalis əməliyyat gəlirləri 20 milyon 509 min manat təşkil edib ki, bu da illik müqayisə ilə 2 milyon 161 min manat (9,5%) azalma deməkdir.
3 milyon 724 min manatlıq mənfəət vergisi ödənişindən sonra "Bestcomp Group" QSC 2023-cü ili 16 milyon 785 min xalis mənfəət ilə başa vurub. Şirkət 2022-ci ili 18 milyon 175 min manat xalis mənfəət ilə yekunlaşdırmışdı. Son bir il ərzində"Bestcomp Group"un xalis mənfəəti 2023-cü ildə 2022-ci illə müqayisədə 1 milyon 390 min manat və ya 7,6% azalıb.
"Bestcomp Group" QSC 82 milyon 909 min manat cəmi aktivlərə malik olub. Aktivlər son bir il ərzində 17 milyon 217 min manat (17,2%) azalıb.
Öhdəliklər illik müqayisədə 18 milyon 858 min manat və ya (27,1%) azalaraq 50 milyon 690 min manata düşüb.
Balans kapitalı isə 1 milyon 641 min manat və ya 5,4% artaraq 32 milyon 220 min manata yüksəlib.
Hesabatla daha ətraflı tanış olmaq üçün keçiddən istifadə edə bilərsiniz.
Bestcomp Group Hewlett Packard Enterprise, Aruba Networks, Palo Alto, 3CX şirkətlərinin “Platinum”, Hewlett Packard Incorporated, Thales, Entrust, İntel şirkətlərinin “Gold”, Fortinet və Snom şirkətlərinin "Expert' və “Silver”, Cisco şirkətinin "Master Security" səviyyəli “Premier”, APC by Schneider Electric şirkətinin “Elite” tərəfdaşı, Acer, Lenovo, Dell, Juniper, Micro Focus, Radware, VMware, Schneider Electric, Eaton və dünyanın 50-dən artıq digər qabaqcıl istehsalçısının rəsmi tərəfdaşıdır. Şirkətin əsas fəaliyyət istiqaməti kompüterlərin, kompüter periferiya avadanlıqlarının və proqram təminatının topdan satışından ibarətdir.
"Bestcomp Group" 10 milyon 472 min 330 manat nizamnamə kapitalına malikdir. QSC-nin səhmdarları Həsənov Rauf İlyas oğlu (63,50%), Məmmədov Əsəd Rauf oğlu (21,77%) və Həsənov Saleh İlyas oğludur (14,73%). Şirkət "B and B Security Alliance Limited" MMC, "Bestel Systems" MMC, "HTech İnvest" MMC və "Kür Elektron Avadanlıqlar İstehsalı" MMC şirkətlərinin təsisçisisdir.