“İsmayıllı Quşçuluq” MMC 2024-cü il üzrə maliyyə hesabatlarını təqdim edib.
Azərbaycanın taxıl şirkəti 140 min zərər edib - HESABAT
“Exol Azərbaycan” QSC 2024-cü ilin maliyyə vəziyyətini açıqladı - HESABAT
FED.az xəbər verir ki, şirkətin “Malların təqdim edilməsindən gəliri” 264 min 944 manat olub. Cəmi əməliyyat xərcləri isə 264 min 46 manat təşkil edib.
Nəticədə şirkət ili cəmi 898 manat mənfəətlə başa vurub.
Hesabat dövrünün sonuna şirkətin cəmi aktivləri 2 milyon 5 min 402 manat təşkil edib. Aktivlərin tərkibi aşağıdakı kimidir:
-
Uzunmüddətli aktivlər: 1 milyon 562 min 300 manat
-
Qısamüddətli aktivlər: 443 min 102 manat
Qeyd edək ki, qısamüddətli aktivlərin tərkibində 382 min 988 manat həcmində "keçmiş illərin zərəri" maddəsi yer alır ki, bu da şirkətin əvvəlki dövrlərdə zərərlə işlədiyini göstərir.
Şirkətin cəmi öhdəlikləri 748 min 200 manat, balans kapitalı isə 1 milyon 257 min 202 manat təşkil edib.