ABŞ mənşəli "Anthropic" şirkətinin birjaya daxil olmasından sonra onun minlərlə əməkdaşı dollar milyonçusuna çevrilib. Səhmlərin orta dəyəri hər bir işçi üçün 44 milyon dollar təşkil edib.
Nvidia-nın gəlirləri 2 dəfədən çox artaraq 115,8 milyard dollara çatıb – Şirkət proqnozları üstələyib
FED.az xəbər verir ki, bu barədə "Fortune" nəşri məlumat yayıb.
"Claude" neyroşəbəkəsini yaradan şirkət öz səhmlərinin birini 83 dollara yerləşdirib. Bu dəyərləndirməyə əsasən, işçilərin sahib olduğu qiymətli kağızların ümumi zərfi təqribən 232 milyard dollardır.
Ümumilikdə "Anthropic"də 5 300-ə yaxın şəxs çalışır. Şirkətə ilkin mərhələlərdə qoşulanlar daha çox qazanc əldə ediblər.
Analitiklərin hesablamalarına görə, ən azı 400 belə əməkdaş 100 milyon dollardan çox dəyəri olan səhm paketinə malikdir. Onlardan bəziləri hətta milyarder də ola bilərlər.
Bununla belə, hələlik bank hesablarındakı real vəsaitdən deyil, əsasən kağız üzərindəki sərvətdən söhbət gedir.
Təsisçilər sırasına daxil olmayan işçilər ticarətin ilk günündə öz səhmlərinin maksimum 10%-ni sata bilərlər. Daha 35% isə 2026-cı ilin maliyyə nəticələri elan edildikdən sonra satış üçün əlçatan olacaq.
Yeni sərvət sahibləri arasında "Anthropic"in baş direktoru Dario Amodei də daxil olmaqla, yeddi həmtəsisçi də var. Səhmlərin yerləşdirilməsi anında onların hər birinin payının dəyəri təqribən 20 milyard dollar həcmində qiymətləndirilirdi.














