“Salyan-Taxıl” ASC 2024-cü il üzrə maliyyə hesabatlarını təqdim edib.
Şirkətin cəmi əməliyyat gəlirləri 9 min manat təşkil edib. Əməliyyat xərcləri isə 36 min manat olub.
Nəticədə, şirkət ötən ilki 11,6 min manat ümumi mənfəət əvəzinə 2024-cü ili 27,1 min manat ümumi zərərlə başa vurub.
İllik müqayisədə cəmi gəlirlər 5,5 dəfə azalıb. Hesabat dövründə digər xərclər aşağıdakı kimi olub:
-
Ümumi idarəetmə xərcləri 1,4 min manat (6%) azalaraq 21,2 min manat təşkil edib.
-
Amortizasiya xərcləri 6,9 min manat (7,4%) azalaraq 86,7 min manat olub.
-
Sair əməliyyat xərcləri isə 166 manat (2,8%) azalaraq 5,8 min manata enib.
“Salyan-Taxıl” ASC 2024-cü ili ümumilikdə 141 min manat xalis zərərlə başa vurub ki, bu da ötən ilki 111 min manatlıq zərərdən 30 min manat (27,4%) daha çoxdur.
Şirkət ötən ili 4 milyon 876 min manat cəmi aktivlərlə başa vurub. Aktivlər son bir il ərzində 50 min manat və ya 1% artıb.
Öhdəliklər son bir il ərzində 50 min manat (6,2%) artaraq 849 min manata yüksəlib. Şirkətin balans kapitalı isə dəyişməyərək 4 milyon 27 min manat olaraq qalıb.