“Exol Azərbaycan” QSC 2024-cü il üzrə maliyyə hesabatlarını təqdim edib.
FED.az xəbər verir ki, şirkətin cəmi əməliyyat gəlirləri 6 milyon 151 min manat təşkil edib. Satışın maya dəyəri isə 3 milyon 547 min manat olub.
Azərbaycanın taxıl şirkəti 140 min manat zərər edib - HESABAT
Bu xərclərdən sonra şirkətə 2 milyon 604 min manat ümumi mənfəət qalıb.
İllik müqayisədə cəmi gəlirlər 36 min manat (0,6%) azalsa da, maya dəyərinin daha çox (146 min manat və ya 4%) azalması nəticəsində ümumi mənfəət 110 min manat (4,4%) artıb.
Hesabat dövründə şirkətin sair əməliyyat gəlirləri olmayıb (ötən il 361 manat). İnzibati xərclər 19 min manat (10%) azalaraq 169 min manata düşüb. Sair maliyyə xərcləri isə 5,4 dəfə azalaraq cəmi 41 min manat təşkil edib.
Nəticədə əməliyyat mənfəəti illik müqayisədə 306 min manat (14,7%) artaraq 2 milyon 395 min manata yüksəlib.
Maliyyə zərəri 14 min manata çatıb (ötən il 11,2 min manat idi).
“Exol Azərbaycan” QSC 2024-cü ili ümumilikdə 2 milyon 381 min manat xalis mənfəətlə başa vurub ki, bu da illik müqayisədə 303 min manat (14,6%) çoxdur.
“Exol Azərbaycan” QSC ötən il 2 milyon 164 min manat cəmi aktivlərə malik olub. Aktivlər son bir il ərzində 16 min manat və ya 0,7% artıb.
Öhdəliklər son bir il ərzində 387 min manat (27,3%) artaraq 1 milyon 804 min manata yüksəlib.
Balans kapitalı isə 2 dəfə azalaraq 359 min manata enib.