Motor Clinic MMC
Satınalma üzrə mütəxəssis
Son tarix 20 dek 2026 - Müraciət et
Əsas vəzifə öhdəlikləri:
- Dövlət satınalmalarında şirkətin maraqlarının düzgün və effektiv şəkildə təmsil edilməsi;
- Tender sənədlərinin sıfırdan hazırlanması və qanunvericiliyin tələblərinə uyğunluğunun təmin edilməsi;
- e-Satınalma portalında satınalma proseslərinin müstəqil idarə olunması;
- Texniki və qiymət təkliflərinin hazırlanması və analitik qiymətləndirilməsi;
- Forma 2, Forma 3 və digər zəruri sənədlərin düzgün və səhvsiz tərtib edilməsi;
- Bank qarantiyası, icra təminatı və müqavilə sənədlərinin hazırlanması və nəzarətdə saxlanılması;
- Dövlət qurumları ilə rəsmi və peşəkar yazışmaların aparılması;
- Satınalma proseslərində yarana biləcək hüquqi və sənədləşmə risklərinin əvvəlcədən müəyyən edilməsi və qarşısının alınması;
- Tender və müqavilə öhdəliklərinin vaxtında və düzgün icrasına nəzarət.
Namizədə dair tələblər:
- Ali təhsil (İqtisadiyyat, Maliyyə, Biznesin idarə edilməsi, Logistika və ya digər uyğun ixtisaslar üzrə);
- Satınalma sahəsində minimum 2 il iş təcrübəsi;
- “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununu və onun tətbiq mexanizmlərini praktiki səviyyədə bilmək;
- e-Satınalma portalında sərbəst və müstəqil işləmək bacarığı;
- Tender sənədlərinin və müqavilələrin hazırlanması üzrə praktiki biliklər;
- MS Office proqramlarında, xüsusilə Excel-də yüksək səviyyədə işləmək bacarığı;
- 1C, SAP və ya digər ERP sistemləri ilə işləmək təcrübəsi üstünlükdür;
- Analitik düşünmə və detallara yüksək diqqət;
- Yüksək məsuliyyət, dəqiqlik və intizam;
- Müstəqil qərarvermə və operativ işləmək bacarığı.
İş şəraiti:
- Struktur bölmə: Təchizat şöbəsi;
- İş qrafiki: Həftənin 5 günü;
- Əməkhaqqı: 2000 AZN.
Qeyd: Namizəd tender sənədlərinin düzgün tərtib edilməsinə, təqdim olunan məlumatların dəqiqliyinə və satınalma prosesində qanunvericiliyin tələblərinə riayət olunmasına görə məsuliyyət daşıyacaq.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.














