"Burma" QSC ötən ilin maliyyə vəziyyətini açıqlayıb.
FED.az xəbər verir ki, şirkətin ötənilki əməliyyat gəlirləri 14 milyon 962 min manata brəabər olub. Bu illik müqayisədə 6 milyon 170 min manat və ya 70,3% artıb.
2023-cü ildə sair əməliyyat gəlirləri 283,5 min manat olsa da, 2024-cü ildə olmayıb.
Çörək şirkətinin istifadə edilmiş material ehtiyatlan üzrə xərcləri 3 milyon 190 min manat (43,4%) artımla 10 milyon 541 min manata yüksəlib.
İşçi heyəti üzrə xərclər 1 milyon 282 min manata bərabər olub. Bu da illik 867 min manat (3,1 dəfə) artımdır.
Amortizasiya xərcləri və uzunmüddətli aktivlərin təqdim edilməsi və ləğv edilməsi üzrə xərclər 45 min manat (54,9%) artımla 126,9 min manata yüksəlib.
QSC-nin digər əməliyyat xərcləri 43,3 min manat təşkil edib. Ötən il isə bu göstərici qeydə alınmayıb.
Sair əməliyat xəcləri 1 milyon 81 min manat və ya 2,4 dəfə artıb və 1 milyon 834 min manata yüksəlib.
"Burma" QSC-nin əməliyyat mənfəəti 666 min manat (2,4 dəfə) artımla 1 milyon 135 min manata çatıb.
Hesabat ilində çörək şirkəti 227,1 min manata mənfəət vergisi ödəyib ki, bu da illik 176,4 min manat (4,5 dəfə) artıqdır.
Gəlirdən çıxılmayan digər xərclər 18,8 min manat (72,3%) artımla 863,5 min manata yüksəlib.
Yekunda "Burma" QSC ötən ili 863,5 min manat xalis mənfəətlə başa vurub. 2023-cü ildə isə 176,9 min manat mənfəət əldə etmişdi. Beləliklə xalis mənfəət 686,6 min manat (4,9 dəfə) arıtırıb.
"Burma" QSC ötən il 6 milyon 283 min manat cəmi aktivlərə malik olub. Aktivlər son bir ildə 5 milyon 282 min manat (45,7%) azalıb.
Öhdəliklər 4 milyon 419 min manat (42%) azalma ilə 6 milyon 104 min manata düşüb.
Balans kapitalı isə 863 min manat (5,8%) azalma ilə 179 min manata bərabər olub.