Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyindəki Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) 2023-cü iliN maliyyə vəziyyətini açıqlayıb.
FED.az bu barədə qurumun maliyyə hesabatına istinadən xəbər verir.
Ötən il insitut 4 milyon 729 min manat gəlir əldə edib. Bu, əvvəlki ilə nisbətən 1 milyon 743 min manat və ya 58,4 % çoxdur.
Bunun 2 milyon 858 min manatı qeyri-birja əməliyyatlarından əldə olunan, 1 milyon 871 min manatı isə sair əməliyyat gəlirləridir.
İllik müqayisə ilə qeyri-birja əməliyyatlarından əldə olunan gəlirlər 121 min manat (4,1%) azalıb, sair əməliyyat gəlirləri 302 dəfə artıb.
Hesabat dövründə insitutun cəmi xərcləri isə 80 min manat və ya 2,7 % artaraq 3 milyon 66 min manat, o cümlədən sərf etdiyi materialların dəyəri 73,5 min manat və ya 6 dəfə azalaraq 14,6 min manat, əmək haqqı və işçilərlə bağlı digər xərcləri 57 min manat və ya 2,7 % artaraq 2 milyon 154 min manat, amortizasiya xərcləri 16,2 dəfə artaraq 203 min manat, sair əməliyyat xərcləri isə 93,9 min manat və ya 11,9 % azalaraq 694 min manat təkil edib.
Qurum ötən il mənfəət vergisi ödəməyib.
Beləliklə qurum ötən ili 1 milyon 664 min manat mənfəətlə başa vurub. Bu, 2022-ci illə müqayisədə 832 dəfə çoxdur.
Bu il yanvarın 1-nə qurumun aktivləri 2 milyon 44 min manat olub ki, bu da illik müqayisədə 1 milyon 689 min manat (5,8 dəfə) çoxdur. Hesabat dövründə instutun öhdəlikləri 24 min maanat və ya 5,3 dəfə artaraq 29 min manata, balans kapitalı isə 1 milyon 665 min manat (5,8 dəfə artaraq) 2 milyon 15 min manata çatıb.
Hesabatla daha ətraflı tanış olmaq üçün keçiddən istifadə edə bilərsiniz