"Azəralüminium" MMC 2023-cü ilin maliyyə hesabatlarını açıqlayıb.
FED.az şirkətin hesabatına istinadən xəbər verir ki, 247,4 milyon manat olub. Gəlirlər son bir ildə 39,3 milyon manat başqa sözlə 13,7% azalıb.
Satşın maya dəyəri isə 235,7 milyon manat olub ki, bu da illik müqayisədə 3,5 milyon manat, yəni, 1,5% çoxdur.
Yekunda şirkətin ümumi mənfəəti də illik 42,8 milyon manat (4,7 dəfə) azalaraq 11,65 milyon manata düşüb.
Şirkətin ümumi inzibati xərcləri 5,5 milyon manat, satış və paylanma xərcləri 12,5 milyon manat təşkil edib. Ümumi və inzibati xərclər illik müqayisədə 0,2 milyon manat (3,6%) artıb, paylanma xərcləri isə 6,6 milyon manat (2,1 dəfə) azalıb.
"Azəralümünium" 1,1 milyon manat mənfəət vergisi ödənişindən sonra 2023-cü ili ili təxminən 3,1 milyon manat xalis mənfəətlə başa vurub. Mənfəət vergisi ödənişi 5,9 milyon manat və ya 6,3 dəfə, xalis mənfəət 24,6 milyon manat (9 dəfə) azalıb.
Ötən il yanvarın 1-nə “Azəralüminium”un aktivləri 267,1 milyon manat olub ki, bu da illik müqayisədə 1,6 milyon manat və ya 0,4% çoxdur.
Hesabat dövründə şirkətin öhdəlikləri 60 min manat və ya 0,3% azalaraq 23,9 milyon manata düşüb.
Balans kapitalı 343,2 milyon manata olub ki, bu da illik fərqlə 1,7 milyon manat və ya 0,5% çoxdur.
Bölüşdürülməmiş mənfəətin həcmi 60,7 milyon manat təşkil edib. Mənfəətin həcmi son bir ildə 1,7 milyon manat başqa sözlə 2,9% artıb.