Müxtəlif metal konstruksiyaların istehsalı ilə məşğul olan "Azərelektroterm" ASC 2022-ci ilin maliyyə hesabatlarını açıqlayıb.
FED.az xəbər verir ki, şirkət ötən ilin əməliyyat gəlirləri 264 min manat olub. Bu gəlirlər son bir ildə 21,4 min manat, yəni 7,5% azdır.
Satışın maya dəyəri 119,2 min manat olub ki, bu göstərici illik müqayisə ilə 14,2 min manat (10,6%) azdır.
Beləliklə şirkətin ümumi və əməliyyat mənfəəti 144,7 min manat təşkil edib. Bu növ mənfəət son bir ildə 7,1 min manat (4,7%) aşağı düşüb.
22,4 min manat mənfəət vergisi ödənişindən sonra "Azərelektroterm" ASC 89,7 min manatlıq xalis mənfəət əldə edib. 2021-ci ildə isə şirkətin xalis mənfəəti 95,1 min manat idi.
"Azərelektroterm" ASC-nin aktivləri 2022-ci ildə 11 milyon 847,1 min manat təşkil edib.
Aktivlər son bir ildə 50 min manat (0,4%) artıb.
Aktivlərin 949,5 min manatını uzunmüddətli, 10 milyon 897,6 min manatını qısa müddətli aktivlər təşkil edib.
Şirkətin öhdəlikləri 9,2 min manat (0,4%) azalaraq 2 milyon 230,6 min manata düşüb.
Kapitalın həcmi isə 59,1 min manat ( 0,6%) artaraq 9 milyon 616,5 min manata yüksəlib.
Şirkətin nizamnamə kapitalı dəyişməyərək 1 milyon 771 min 462 manat olaraq qalıb.
Bölüşdürülməmiş mənfəətin həcmi isə 7 milyon 755 min 420 manat olub. Əvvəlki illə müqayisədə 64,6 min manat və ya 0,8% artıb. 2021-ci ildə şirkətin mənfəəti 7 milyon 690 min 783 manat idi.