Türkiyə və Gürcüstan arasındakı Türkgözü gömrük keçid məntəqəsi sentyabrın 1-də açılacaq.
FED.az xəbər verir ki, Türkiyə və Gürcüstan arasındakı Türkgözü gömrük keçid məntəqəsinin modernləşdirilməsi üçün Türkiyə Palatalar və Birjalar Birliyi (TOBB) tərəfindən 2021-ci ildə başlayan işlər tamamlanıb.
Gürcüstanla sərhəddə - Ərdahanın Posof rayonunda ikili giriş-çıxış gömrük binalarının, o cümlədən, restoran, satış mağazası və şəxsi heyət üçün yaşayış yerlərinin olduğu gömrük keçid məntəqəsi ən müasir texnoloji avadanlıqlarla təchiz edilib.
Gün ərzində bu gömrük keçid məntəqəsindən 500 yük maşınının keçəcəyi proqnozlaşdırılır.
Qazaxda iki KOB dostu fəaliyyətə başlayıb - FOTOLAR - YENİLƏNİB
Türkgözü gömrük keçid məntəqəsinin açılışında Türkiyənin ticarət naziri Ömər Bolat və TOBB sədri Rifat Hisarcıklıoğlu da iştirak edəcək.
Qeyd edək ki, Türkgözü gömrük keçid məntəqəsi 1995-ci ildə xidmətə başlayıb. Daha yaxşı xidmət göstərmək üçün isə 2021-ci ildə burada TOBB tərəfindən modernləşdirmə işlərinə başlanılıb. (Trend)