Azərbaycan Banklar Assosiasiyası (ABA) ölkədə ödəniş kartları və elektron pula bağlı ödəniş hesablarının sayına tətbiq edilən məhdudiyyətlərlə bağlı açıqlama yayıb.
Bank kartları ilə bağlı - Daha bir qadağa
FED.az xəbər verir ki, ABA tərəfindən qəbul edilmiş yanaşmaya əsasən, əməkhaqqı, pensiya və digər sosial müavinətlər üçün nəzərdə tutulmuş ödəniş kartları, sahibkarlıq hesabına bağlı ödəniş kartları, habelə depozit hesablarına bağlı ödəniş kartları istisna olmaqla, hər bir bankda bir məhsul üzrə bir ödəniş kartının təqdim edilməsi nəzərdə tutulur:
Banklar kreditlərdən gələcək pulları əvvəlcədən əldə edə biləcək
«Nəzərə alınmalıdır ki, müştərilər tərəfindən ödəniş kartının istifadə məqsədi barədə banka ağlabatan izahat təqdim edildiyi, həyata keçirilən əməliyyatların bankda ödəniş xidməti istifadəçisi barədə mövcud məlumatlarla uyğunluq təşkil etdiyi, habelə qeyri-qanuni məqsədlərlə istifadə edilmədiyinə əminlik yarandığı hallarda müştərilərə bir məhsul üzrə əlavə ödəniş kartlarının verilməsi banklar tərəfindən sərbəst şəkildə təmin olunur».
«Beləliklə, bu yanaşmanın əsas məqsədi ödəniş xidməti istifadəçilərinin ehtiyaclarını məhdudlaşdırmaq deyil, risklərin daha effektiv idarə olunmasını təmin etməklə yanaşı, təhlükəsiz, dayanıqlı və sağlam ödəniş ekosisteminin formalaşdırılmasına töhfə verməkdir»-deyə açıqlamada bildirilir.
Azərbaycan banklarının faiz xərcləri 1 milyard manatı keçib – RENKİNQ













