2026-cı ilin ilk 8 ayında Azərbaycana 273,4 milyon dollar dəyərində geyim və geyim ləvazimatları idxal olunub.
FED.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin aylıq hesabatında bildirilir.
Ötən ilin eyni dövründə idxal 284,3 milyon dollar təşkil etmişdi. Beləliklə, geyim idxalına çəkilən xərc 10,8 milyon dollar və ya 3,8% azalıb.
Dəyər azalmasına baxmayaraq, geyim və geyim ləvazimatlarının ümumi idxaldakı payı 1,89%-dən 2,39%-ə yüksəlib. Bunun əsas statistik səbəbi ümumi idxalın geyim idxalından daha sürətli azalmasıdır.












