Azərbaycan fındığı son aylar ölkənin əsas qeyri-neft ixracı mallarından birinə çevrilib. Bunun səbəbi fındığın kəskin bahalaşmasıdır.
Gömrükdən keçirilən malların bəyan edilməsi - QAYDASI DƏYİŞDİ
FED.az xəbər verir ki, 2026-cı ilin yanvar-avqust aylarında Azərbaycandan xaricə satılan fındığın həcmi azalsa da, ixracdan əldə olunan gəlir ciddi şəkildə artıb.
Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2026-cı ilin ilk 8 ayında Azərbaycandan 9 572,47 ton fındıq ixrac edilib. Bu ixracdan 105 milyon 478,37 min dollar daxil olub.
2025-ci ilin eyni dövrünə nisbətən ixrac edilən fındığın həcmi azalsa da, ümumi ixrac dəyəri artıb.
Belə ki, ötən ilin eyni vaxtında Azərbaycan xaricə 12 247 ton fındıq ixrac etmiş və bundan 88 milyon 280 min dollar gəlir əldə etmişdi.
Beləliklə, bir il ərzində fındıq ixracının fiziki həcmi 2 674,56 ton və ya 21,8% azalsa da, ixracın dəyəri 17 milyon 198,38 min dollar və ya 19,5% artıb.
Fındığın ixrac qiyməti 11 dolları keçib
Əsas dəyişiklik qiymətin artımı ilə bağlıdır. Belə ki, 2025-ci ilin yanvar-avqustunda Azərbaycanın xaricə satdığı fındığın kiloqramı orta hesbala hər kiloqram üçün 7,21 dollardan ixrac edilirdi. 2026-cı ilin eyni dövründə isə bu göstərici 11,02 dollara yüksəlib. Bu, fındığın qiymətinin təxminən 19 manata yüksəlməsi deməkdir.
Beləliklə, bir il ərzində Azərbaycan fındığının orta ixrac qiyməti hər kiloqramda 3,81 dollar və ya 53% artıb.












