Veysəloğlu Şirkətlər Qrupu və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (UNDP) əməkdaşlığı çərçivəsində Bakıda və regionlarda yaşayan onlarla işsiz qadın üçün satış təlimlərə keçirilib.
FED.az xəbər verir ki, “OBA” marketlər şəbəkəsinin “Qadının gücü” layihəsi çərçivəsində həyata keçirilən təlim proqramı Bakının Xəzər rayonunda, Qusar və Sabirabadda baş tutub.
FED.az xəbər verir ki, işsiz qadınlara “OBA” əməkdaşları tərəfindən “Satış və merçendayzinq”, “Müştəri məmnuniyyəti” və “Korporativ yazışma qaydaları” mövzuları əsasında təlimlər keçirilib.
Keçirilən təlimlər nəticəsində işsiz qadınlar satışla bağlı ilkin məlumatlara yiyələniblər. Daha sonra “OBA” marketlər şəbəkəsinin İnsan Resursları komandası tərəfindən şirkətdə çalışmaq istəyən qadınlar üçün işəqəbul prosesi həyata keçirilib. Təlimlərdə iştirak edən qadınlardan bir çoxu “OBA”da uyğun vakansiyalarda çalışmaq üçün müraciət ediblər.
Veysəloğlu Şirkətlər Qrupu və “OBA” marketlər şəbəkəsi sosial məsuliyyət layihələrinə xüsusi diqqət ayırır. Bu sırada “OBA”nın “Qadının gücü” böyük önəm kəsb edir. Layihə qadınların vakansiyalara uyğun olaraq seminar və təlimlərlə maarifləndirilməsini və iş həyatına adaptasiyasını hədəfləyir.