30 iyun 2023-cü il saat 11.00-da Bakı, Suraxanı rayonu, Əmircan qəsəbəsi, M.Mustafayev küçəsi 7 nömrəli ünvanda “Suraxanı Bazar” ASC səhmdarlarının illik ümumi yığıncağı keçiriləcəkdir.
FED.az xəbər verir ki, gündəlikdəki məsələlərə daxildir:
1. Cəmiyyətin 2022-ci il üzrə maliyyə-təsərrüfat fəaliyyəti haqqında hesabat.
2. Cəmiyyətin illik dividend paylarının bölünməsi haqqında.
3. Digər məsələlər.
Yığıncağın gündəliyinə aid sənədlərlə cəmiyyətin yerləşdiyi ünvanda tanış olmaq mümkündür.
Yığıncaqda bütün səhmdarların şəxsiyyəti təsdiq edən sənədlə (vəkil olunmuş nümayəndələr notarial təsdiqlənmiş etibarnamə və şəxsiyyəti təsdiq edən sənədlə) iştirakı vacibdir.
Telefon - 055-491-78-87.