“Süsən Aqro” MMC-nin (VÖEN: 1501826371) fəaliyyətinə xitam verilib.
Azərbaycanda eyni ünvanda yerləşən 5 şirkət – LƏĞV EDİLİR - DETALLAR
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, şirkətin fəaliyətinə xitam verilərək “Agro Dairy” MMC-yə (VÖEN: 1402799121) qoşulub. Bununla da, “Agro Dairy” MMC yenidən təşkil olunub.
Qeyd edək ki, “Süsən Aqro” MMC-yə 2011-ci ildə VÖEN verilib. Şirkətin nizamnamə kapitalı 4 milyon 730,6 min manat, qanuni təmsilçisi Məmmədov Ramil Edilman oğludur. Şirkət Bakı şəhəri, Xətai rayonu, Seyid Əzim Şirvani, ev.1, m.155 hüquqi ünvanında yerləşir.
“Agro Dairy” MMC-yə isə 2014-cü ildə VÖEN verilib. Nizamnamə kapitalı 161 milyon 800 min manat olan şirkətin qanuni təmsilçisi Əmirbəyov Niyazi Elxan oğludur. Şirkət Bakı şəhəri, Nizami rayonu, Neftçilər pr, ev.64 hüquqi ünvanında yerləşir.














