Tibbi avadanlıq və ləvazimatların təchizatı sahəsində fəaliyyət göstərən “Araş” firmasının rəhbəri dəyişib.
Banker.az xəbər verir ki, şirkətin direktoru Ehtiram Fərzəlibəyov vəzifəsindən ayrılıb. Onun yerinə Əli Abdullayev təyin olunub.
FED.az xəbər verir ki, “Araş” firması dövlət qurumlarının tibbi təchizatla bağlı satınalmalarında iştirak edir. Şirkətin Daxili İşlər Nazirliyinin Tibb İdarəsi və Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsi ilə bağladığı müqavilələrin ümumi dəyəri 2020-ci ildə 1 milyon 798 min manat təşkil edib.
Firma 2021-ci ildə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair dövlət proqramı çərçivəsində sərfiyyat mallarının alınması üzrə tenderinin də qalibi olub. Şirkətlə təxminən 941,6 min manatlıq müqavilə imzalanıb.
Qeyd edək ki, Ehtiram Fərzəlibəyov biznes fəaliyyəti ilə yanaşı, kulinariya və səyahət mövzularında sosial şəbəkə paylaşımları ilə də tanınır. (Banker)














