2025-ci ildə Şuşada ictimai iaşə dövriyyəsinin həcmi 7 milyon 51 min manat olub.
Azərbaycanda restoranlarda ən çox pul xərclənən 10 region – SİYAHI
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, ötən il Şuşada restoranlarda xərclənən vəsaitlərin həcmi 2024-cü ilə nəzərən 498 min manat və ya 7,6% artıb.
Belə ki, 2024-cü ildə Şuşada ictimai iaşə dövriyyəsi 6 milyon 553 min manat idi.
Xatırladaq ki, Şuşada rəsmi qeydiyyatda olan 6 restoran var.
Maraqlıdır ki, Şuşa şəhərində restoranların cəmi 5 il əvvəl fəaliyyət başlamaına baxmayaraq burada restoranların dövriyyəsi ölkənin rayonlarının yarısından artıqdır. Belə ki, Şuşa şəhərin restoran dövriyyəsinin həcminə görə, 69 rayon arasında 38-ci yerdədir.
Şuşanın restoranlarının dövriyyəsi Saatlı, Goranboy, Şabran, Ağdaş, Göygöl, Samux, Hacıqabul, Beyləqan, Neftçala, Qazax və Ağstafa rayonlarından daha yüksəkdir.
Ümumiyyətlə isə ötən il Azərbaycanda restoranların dövriyyəsi 2 milyard 808 milyon manat olub. Bu rəqəm 2024-cü illə müqayisədə 434 milyon manat və ya 18,3% artıb. Belə ki, 2024-cü ildə ölkədə ictimai iaşə dövriyyəsi 2 milyard 374 milyon manat idi.
Bundan başqa, restoranlarda ən çox pul xərclənən şəhər Bakı şəhəri - 2 milyard 33 milyon manat, ən az pul xərclənən rayon Ağdam rayonu – 65,9 min manat olub.














