30 iyun 2023-cü il tarixində "Bakıxanov-Çörək” ASC səhmdarlarının növbəti illik ümumi yığıncağı keçiriləcəkdir.
2 milyonluq “Bakı-Əyrici-Toxucu” - DİVİDEND ÖDƏYƏCƏK
FED.az xəbər verir ki, yığıncağın gündəliyinə aşağıdakı məsələr daxildir:
1. Cəmiyyətin 2022-ci il üçün illik hesabatının təsdiqi.
2. 2022-ci ilin nəticələri üzrə dividendlərin verilməsi.
3. Cəmiyyətin müfəttişinin seçilməsi.
Səhmdarlar ümumi yığıncağın gündəliyi ilə bağlı materiallarla Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Bəşir Bünyadov küçəsi 26 B nömrəli ünvanda tanış ola bilərlər. Səhmdar ümumi yığıncaqda iştirak hüququnu bilavasitə özü və ya nümayəndəsi vasitəsilə həyata keçirir. Bu zaman səhmdarın nümayəndəsi qanunvericiliklə müəyyənləşdirilmiş qaydada tərtib edilmiş etibarnaməyə malik olmalıdır.
Yığıncaq Bakı, Bakıxanov qəsəbəsi, Mehmandarov küçəsi 37A, Badukubə şadlıq evində keçiriləcək.