Ötən il Xankəndi şəhərində ictimai iaşə dövriyyəsinin həcmi 1 milyon 270,5 min manat olub.
Hansı rayonun restoranları daha çox qazanır? – RAYONLAR, MƏBLƏĞLƏR, SİYAHI
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, Xankəndidə restoranlarda xərclənən pulun həcmi 2024-cü ilə nəzərən 1 milyon 10,3 min manat və ya 4,9 artıb. Belə ki, 2024-cü ildə Xankəndidə ictimai iaşə dövriyyəsi 260,2 min manat idi.
Qeyd edək ki, ötən il Azərbaycanda ictimai iaşə dövriyyəsi 2 milyard 808,6 milyon manat olub. İaşə dövriyyəsi 2024-cü illə müqayisədə 434,3 milyon manat və ya 18,3% artıb. Belə ki, 2024-cü ildə ölkədə ictimai iaşə dövriyyəsi 2 milyard 374,3 milyon manat idi.
Bundan başqa, restoranlarda ən çox pul xərclənən şəhər Bakı şəhəri - 2 milyard 33 milyon manat, ən az pul xərclənən rayon Ağdam rayonu – 65,9 min manat olub.
Ağdərə, Xocalı, Xocavənd, Cəbrayıl, Qubadlı, Zəngilan rayonlarında ictimai iaşə dövriyyəsi qeydə alınmayıb.














