Azərbaycanda restoranlarda ən az pul xərclənən regionlar məlum olub.
Hansı bankın kartı ilə restorana getmək daha sərfəlidir? - BANKLAR, «KƏŞBƏK», SİYAHI (Noyabr, 2026)
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, ötən il Azərbaycanda 2 milyard 808,6 milyon manatlıq ictimai iaşə dövriyyəsinin çox kiçik hissəsi 65,9 min manatı Ağdam rayonunun payına düşüb. Bu da, ölkə üzrə ən zəif göstəricidir. Restoranlarda az pul xərclənən digər rayonu 166,1 min manat ilə Kəlbəcər rayonu olub.
Siyahının üçüncü yerində 172,6 min manat ictimai iaşə dövriyyəsi ilə Füzuli rayonu, dördüncü yerində 725,3 min manat xərclə Laçın rayonu qərarlaşıb.
Bundan başqa, ötən il Daşkəsəndə restoranlarda 787,5 min manat, Xankəndidə restoranlarda 1 milyon 270,5 min manat pul xərclənib.
Siyəzən rayonunda restoranlarda xərclənən pulun həcmi 2 milyon 490 min manat, Lerik rayonunda 2 milyon 654,2 min manat olub.
Siyahının sonuncu yerində Xızı və Qobustan rayonları qərarlaşıb. Bu rayonlarda ötən il restoranlarda müvafiq olaraq 3 milyon 66,2 min manat və 3 milyon 215 min manat pul xərclənib.














