Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin göstərdiyi xidmətlərə görə ödənişlərin qəbulu bundan sonra "MSolution" elektron pul təşkilatının ödəniş infrastrukturu vasitəsilə həyata keçiriləcəkdir.
FED.AZ xəbər verir ki, əməkdaşlıq çərçivəsində Agentliyin xidmətlərinə görə ödənişlər onlayn qaydada - bank kartları, Apple Pay və Google Pay daxil olmaqla müasir ödəniş üsulları ilə - sürətli və təhlükəsiz şəkildə həyata keçirilir. Hesablaşmalar isə real vaxt rejimində Dövlət Xəzinədarlığı Agentliyinin müvafiq hesabına köçürülür.
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi ölkədə rəqabət mühitinin qorunması və istehlakçı hüquqlarının müdafiəsi sahəsində əsas dövlət qurumudur. Bu əməkdaşlıq dövlət xidmətlərinin rəqəmsallaşdırılması istiqamətində atılan növbəti mühüm addımdır.
"Dövlət qurumlarının ödəniş proseslərinin rəqəmsallaşdırılması bizim strateji istiqamətlərimizdən biridir. Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi kimi əhəmiyyətli bir qurumun ödənişlərini bizə etibar etməsi infrastrukturumuzun etibarlılığına və komandamızın peşəkarlığına verilən dəyərdir. Məqsədimiz vətəndaşların dövlət xidmətlərinə görə ödənişlərini maksimum rahat və təhlükəsiz etməkdir", - deyə MSolution-un direktoru Emil Abbasov bildirib.
MSolution haqqında
"Multi Solutions" MMC (MSolution) Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən lisenziyalaşdırılmış elektron pul təşkilatı və texnologiya şirkətidir. MSolution Visa, Mastercard və Google Pay üzrə rəsmi PSP tərəfdaşıdır, PCI DSS təhlükəsizlik standartına və ISO 27001 sertifikatına malikdir.
Şirkətin portfelinə Ədliyyə Nazirliyi, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, AYNA, Daşınmaz Əmlakın Dövlət Reyestri və Kadastr, bələdiyyə yönümlü ödəniş həlləri, mənzil-kommunal təsərrüfatı birlikləri, Mobil Notariat, myGov, İNVA, Elektron Hərrac Portalı və digər platformalar daxildir. Özəl sektorda onlayn mağazalar, restoran şəbəkələri və digər rəqəmsal xidmət platformaları ilə əməkdaşlıq təcrübəsi mövcuddur. Bu layihələr yüksək əməliyyat həcmi və fasiləsiz iş rejimi tələb edir.






![Daha bir əhəmiyyətli dövlət qurumu ödənişlərini - "[red]MSOLUTİON"A ETİBAR ETDİ[/red] | FED.az](/upload/news/small/1508299.png)
![Daha bir əhəmiyyətli dövlət qurumu ödənişlərini - "[red]MSOLUTİON"A ETİBAR ETDİ[/red] | FED.az](/upload/news/small/123035.png)







