Bu ilin yanvar-iyul aylarında Azərbaycanın xarici ticarət dövriyyəsi 29 milyard 216,3 milyon dollar olub.
FED.az biznes və maliyyə xəbərləri portalı Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, xarici ticarət dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 374,5 min dollar və ya 1,3% artıb.
Hesabat dövründə ticarət dövriyyəsinin 19 milyard 335,6 milyon dolları ixracın, 9 milyard 880,7 milyon dolları idxalın payına düşüb. İllik müqayisədə ixrac 4 milyard 108,6 milyon dollar (27%) artıb, idxal isə 3 milyard 734,1 milyon dollar (27,4%) azalıb.
Yekunda bu ilin ilk yeddi ayında xarici ticarətin müsbət saldosu 9 milyard 454,9 milyon dollara çatıb ki, bu da, ötən ilin eyni dövrü ilə müqayisədə 7 milyard 842,7 milyon dollar və ya 6 dəfə daha çoxdur.
Xatırladaq ki, ötən ilin yanvar-iyul aylarında Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi 28 milyard 841,8 milyon dollar olmuşdu. Xarici ticarətin 15 milyard 227 milyon dolları ixracın, 13 milyard 614,8 milyon dolları idxalın payına düşmüşdü. Yekunda xarici ticarətdə 1 milyard 612,7 milyon dollarlıq müsbət saldo yaranmışdı.





![Xarici ticarətdə "bayramdır": müsbət saldo 10 milyarda yaxınlaşır – [red]6 DƏFƏ ARTIM[/red] | FED.az](/upload/news/small/738718.png)
![Xarici ticarətdə "bayramdır": müsbət saldo 10 milyarda yaxınlaşır – [red]6 DƏFƏ ARTIM[/red] | FED.az](/upload/news/small/2272804.jpeg)







