Azərbaycan Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədr müavini Mirzə Mirzəyev sahibkarlara müraciət edib.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu barədə "Dövlət satınalmaları: proses, iştirakçılar və nəzarət mexanizmləri" mövzusunda keçirilən təlimdə məlumat verilib.
Sədr müavini sahibkarlara müraciət edərək bütün potensial təchizatçıları satınalma proseslərində daha fəal iştirak etməyə çağırırıb
"Çünki iştirakçı sayının artması sağlam rəqabəti gücləndirir, sahibkarlar üçün dövlət sifarişlərinə çıxış imkanlarını genişləndirir və dövlət satınalmaları sahəsində müsbət dinamikanın davamlı xarakter almasına töhfə verir", - deyə o, əlavə edib.













