Amal Group
Kommersiya mütəxəssisi (Tikinti sektoru)
Son tarix 17 sen 2026 - [email protected]
Vəzifə öhdəlikləri:
- F1, F2, F3 və digər kommersiya sənədlərinin hazırlanması və işlənilməsi;
- Müqavilələrin hazırlanması, yoxlanılması və müvafiq tərəflərlə koordinasiyası;
- Kommersiya təkliflərinin hazırlanması və təqdim edilməsi;
- Müştəri və tərəfdaşlarla kommersiya məsələləri üzrə yazışmaların aparılması;
- Müqavilə şərtlərinin və öhdəliklərin icrasına nəzarət;
- Sənədlərin sistemləşdirilməsi və müvafiq hesabatların hazırlanması;
- Kommersiya prosesləri ilə bağlı məlumatların Excel-də işlənilməsi və təhlili;
- Şöbənin gündəlik kommersiya fəaliyyətinin təşkilinə dəstək göstərilməsi;
- Rəhbərliyin tapşırıqlarının vaxtında və düzgün icra edilməsi.
Tələblər:
- Ali təhsil;
- Müvafiq sahədə minimum 2 il iş təcrübəsi;
- MS Excel proqramında yaxşı səviyyədə işləmək bacarığı;
- İngilis dili biliyi;
- Müqavilələrlə işləmə və sənədləşmə sahəsində təcrübə;
- Analitik düşüncə və diqqətlilik;
- Yüksək ünsiyyət və təşkilatçılıq bacarığı;
- Komandada işləmək bacarığı və məsuliyyətlilik.
- Qadın namizədlər
İş şəraiti
- İş yeri: Ofis, Caspian Plaza;
- İş qrafiki, iş vaxtı: 09:00-dan 18:00-dək, 5 günlük;
- Əmək haqqı: 1200 Azn (Net)
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Kommersiya mütəxəssisi” (Tikinti sahəsi)” qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.














