Bu ilin yanvar-iyul aylarında Azərbaycandan xaricə 4 milyard 882,4 milyon dollar dəyərində 14 milyard 427,7 milyon kub metr təbii qaz ixrac edilib.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, təbii qaz ixracı ötən ilin eyni dövrü ilə müqayisədə məbləğ ifadəsi ilə 386,7 milyon dollar (7,3%) azalıb, miqdar ifadəsi ilə isə 18 milyon kub metr (0,1%) artıb.
Xatırladaq ki, ötən ilin yanvar-iyul aylarında Azərbaycandan xaricə 4 milyard 269,1 milyon dollar dəyərində 14 milyard 409,7 milyon kub metr təbii qaz ixrac edilmişdi.
Hesabat dövründə xaricə satına təbii qazın min kub metrinin orta qiyməti 338,4 dollar olub. Bu, illik müqayisədə 27,3 dollar və ya 7,5% daha ucuzdur. 2025-ci ilin ilk 7 ayında xaricə satılan təbii qaın min kub metrinin orta qiyməti 365,7 dollar idi.












