Azərbaycanda internetlə mal və məhsul satan xarici şirkətlərlə bağlı yenilik başlayır.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu Vergi Məcəlləsinə edilən dəyişikliklərdə nəzərdə tutulub. 2026-cı ilin 13 fevralında təsdiqlənən və avqustun 23-də qüvvəyə minəcək dəyişikliklərə əsasən, Azərbaycanda internetlə mal satan bütün şirkətlər vergi qeydiyyatına düşməlidir.
Bununla bağlı Vergi Məcəlləsinin 33.8-1 maddəsi dəyişdirilib. Bu maddə vergi qeydiyyatına alınması ilə bağlı tələbləri tənzimləyir. İndi həmin maddəyə edilən əlavəyə əsasən, Azərbaycanda vergi qeydiyyatında olmayan şəxslərə internet ticarət vəsitəsilə mal satan xarici şirkətlər hökmən vergi qeydiyyatına alınmalıdır.
Daha dəqiqi əgər internet üzərindən ticarət zamanı hansısa şirkətin Azərbaycana il ərzində satdığı mal və məhsulların dövriyyəsi 10 min dolları (17 000 manatı) keçərsə, bu şəxslər 30 gün müddətində elektron qaydada vergi uçotuna alınmalıdırlar.
Əgər dövriyyə 10 min dolları keçmirsə, qeydiyyat məcburi deyil, amma şirkət istəyərsə könüllü şəkildə vergi qeydiyyatından keçə bilər.
Amma buraya məsləhət (konsaltinq), hüquq, maliyyə, mühasibat, dizayn və mühəndis xidmətlərinin elektron poçt və digər interaktiv ünsiyyət vasitələri ilə göstərilməsi, internet vasitəsilə real vaxt rejimində göstərilən tədris və təlim xidmətləri, habelə elm, təhsil, mədəniyyət, idman və əyləncə tədbirləri üçün biletlərin onlayn sifariş edilməsi xidmətləri ni satın şirkətlər aid deyil.












