Azərbaycanın bölgələri ilə yanaşı, paytaxt Bakıda da ödənişli yolların tətbiqi gözlənilir. Artıq dövlət qurumları bu prosesç hazırlıqlara başlayıblar.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi” PHŞ (AYNA) Bakıda ödənişli hərəkət zonaları yaradılması layihəsi üzrə texniki məsləhət xidməti alır.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, AYNA məsləhət xidmətini almaq üçün “IDOM Consulting, Engineering & Architecture S.A.A.” şirkətini seçib. Şirkətlə birmənbə metodu ilə 307 min manat dəyərində müqavilə imzalanıb.
Qeyd edək ki, “IDOM Consulting, Engineering & Architecture S.A.A.” ŞİRKƏTİ İspaniya şirkətidir. O, 1957-ci ildə İspaniyanın Bilbao şəhərində yaradılıb və baş qərargahı həmin şəhərdə yerləşir. Fəaliyyət sahəsi Konsaltinq, mühəndislik və memarlıq xidmətlərini əhatə edir.












